Суббота, 2025-06-28, 8:15 AMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Məhəbbət sorağında

В категории материалов: 24
Показано материалов: 11-20
Страницы: « 1 2 3 »

Сортировать по: Дате · Названию · Рейтингу · Комментариям · Просмотрам

Yazın ilk səhəri deyirlər

                          şirin olur yuxu.

Dan sökülüb, günəşsə doğmayıb,

                         dostların yatmış çoxu.

Kimi röyasında eşqini qucur,

                         vüsalına qovuşur.

Kimi qorxunc qayadan uçur,

                         əcəliylə vuruşur.


                                   Davamı...

Məhəbbət sorağında | Просмотров: 255 | Добавил: Rehim | Дата: 2013-09-03 | Комментарии (0)

Günəş üzümə güldü, ətrafa nur saçıldı,

Gözüm – gözünə dəydi, dodağı niyə qaçdı?

Gecikən məhəbbətim od ələdi qəlbimə

Bu əlamət, işarə ümidimə yol açdı.

 
                                                 Davamı...
Məhəbbət sorağında | Просмотров: 306 | Добавил: Rehim | Дата: 2013-09-02 | Комментарии (0)

Qanad çalan, zərif uçan,

Hər zərrəsi işıq saçan.

Külək qovub məndən qaçan,

Ağ buluda bənzərin var.


                          Davamı...

Məhəbbət sorağında | Просмотров: 333 | Добавил: Rehim | Дата: 2013-09-02 | Комментарии (0)

Ceyranın yağı olmur!

Göz yaşı yağış olur!

Səksəkəli ürək, baxışlar ürkək,

Qulaq səsdə, ümid ovçu insafına,

                  bir də incə ayaqlarına,

                               Ovçuda insaf olmasa,

               hədəfə çatsa

Ürək qəmli,

            gözlər nəmli

Qulaqda boğuq səs,

             ümidi əbəs

Ayaq itirəcək taqətini,

Ovçu aparacaq qismətini...

                                  

                       Davamı...

Məhəbbət sorağında | Просмотров: 326 | Добавил: Rehim | Дата: 2013-09-02 | Комментарии (0)

Bir gül gördüm qönçələri açılmamış,
Üstündə şeh damcıları işıq saçır.
İstədim ki, onu üzüm heç açmamış
Oynaq, titrək şüa olub məndən qaçır.

                                       Davamı...
Məhəbbət sorağında | Просмотров: 328 | Добавил: Rehim | Дата: 2013-09-02 | Комментарии (0)

Alışdım  bir  baxışından  ruhumu  dərdə  salmısan
Ürəyimi  ovsunlayıb, şikar  kimi    çalmısan
Bu  cadudan  qurtar    məni , ya  öldürüb, ya  sev  məni
Şirinlikdən zəhər  dadan, dil  yandıran  ya  balmısan?!

                                                    Davamı...

Məhəbbət sorağında | Просмотров: 339 | Добавил: Rehim | Дата: 2013-09-02 | Комментарии (0)

Mənzilimiz üz-üzə,

Qonşu olsan da bizə.

Nə qədər qaş-göz etdim,

Baxmadın heç bir sözə.

 

Nəzarətçidir arvad,

Aça bilmirəm qanad.

Belə getsə bu gözəl

Əlimdən çıxar ay-dad!


                        Davamı...

Məhəbbət sorağında | Просмотров: 292 | Добавил: Rehim | Дата: 2013-09-02 | Комментарии (0)

"Gülüstan”ın qızları,

Sayrışan ulduzları.

Gözəlliyi əvəzsiz,

Qırdı bizi nazları.

 

Min bir gecə nağılı,

Tamam alır ağılı.

Oyunları artırır

Ürəkdəki ağrını.

                     Davamı...

Məhəbbət sorağında | Просмотров: 320 | Добавил: Rehim | Дата: 2013-09-02 | Комментарии (0)

Çəmənlərin sevgisi şehə, çənə, dumana,

Göz yaşları axıdır onu qəlbdən duyana.

Üzünü çənli duman, ayağın çəmən yuyur,

Yarım gəzməyə çıxmış, günəş nura boyana.

Məhəbbət sorağında | Просмотров: 226 | Добавил: Rehim | Дата: 2013-09-02 | Комментарии (0)

Mərdəkanda,

                 çarhovuz qırağında,

Gəzdim sorağında,

                 tapmadım.

Gözlərimi yumub,

               dedim bir az uyuyub,

Yuxumda axtarım.

Yuxum çəkildi dara,

                gecəni-gündüzə qatıb

Həmin gecə yatmadım.


                                 Davamı...

Məhəbbət sorağında | Просмотров: 317 | Добавил: Rehim | Дата: 2013-09-02 | Комментарии (0)

1-10 11-20 21-24
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz