Şeirlər
“Gülüstan” təranələri
"Gülüstan”ın qızları,
Sayrışan ulduzları.
Gözəlliyi əvəzsiz,
Qırdı bizi nazları.
Min bir gecə nağılı,
Tamam alır ağılı.
Oyunları artırır
Ürəkdəki ağrını.
Titrədikcə bədənlər,
Boşalır tez badələr.
Gözlərimdə sayrışır
Sinə üstə danələr.
Paltarları yarımçıq,
Sinələr tamam açıq.
Hissimizlə oynayıb
Verirlər bizə acıq!
Tüllər altda xalları,
Reklamdır əndamları.
Ruhumuza qidadır
Alır sevən canları.
Gözəldir bir-birindən,
Ağlım uçur yerindən.
Cavanlıq əldən gedir,
Ah çəkirəm dərindən!
|
Категория: Məhəbbət sorağında | Добавил: Rehim (2013-09-02)
|
Просмотров: 321
| Рейтинг: 0.0/0 |
|
Наш опрос | |
Статистика |
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0 |
|