Mərdəkanda,
çarhovuz qırağında,
Gəzdim sorağında,
tapmadım.
Gözlərimi yumub,
dedim bir az uyuyub,
Yuxumda
axtarım.
Yuxum çəkildi dara,
gecəni-gündüzə qatıb
Həmin gecə yatmadım.
Xatirələr apardı
"Buzovna dənizi” nə.
Xəzərdə üzə-üzə,
Gəldim xəyalınla üz-üzə.
Baxdım doyunca
min mənalı gözünə.
Həsrət qarışıq
bir sevinc bürüdü qəlbimi,
Uzatdım əlimi,
əlim çatmadı...
Şəhərə gedib
sən açan qapını
bir də albomunu açdım.
Çıxdın qarşıma
müxtəlif yaşda,
məhəbbətin baxışda.
Birində anasan - qayğılı,
dalğalı dəniz...
Birində - sevimli
yar,qayğısız,
sular sakit, ləpəsiz,
Hamsı da mənə əziz.
Məlhəm qoyuldu ağrıma,
Ehtiyac duydum qayğına.
Səni tapıb, arzuma çatıb
Şirin röyalar aləmində
doyunca yatdım.
1972
|