Суббота, 2025-06-28, 1:46 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Məhəbbət sorağında

Niyə arığam

Ceyranın yağı olmur!

Göz yaşı yağış olur!

Səksəkəli ürək, baxışlar ürkək,

Qulaq səsdə, ümid ovçu insafına,

              bir də incə ayaqlarına,

                               Ovçuda insaf olmasa,

              hədəfə çatsa

Ürək qəmli,                

            gözlər nəmli

Qulaqda boğuq səs,

             ümidi əbəs

Ayaq itirəcək taqətini,

Ovçu aparacaq qismətini...

Dünyanın işinə bax!

Can alan ovçuya bax!

Mən də ovçuyam!

Göydələnin

yeddinci qatında pusqudayam.

Ayağım altda şəhər,

            bir az da uzaqda Xəzər.

Ürəyim səksəkəli,

            baxışlarım axtarır.

Qulağım zəngdə

Ümidim ceyranın insafına,

Bir də ayaq səslərinə...

Ceyranda insaf olmasa,

hədəfə gəlməsə,

                  ürək qəmli,

                  gözlər nəmli,

Qulaqda çingiltili səs,

                  ümidim əbəs.

Ayaq itirəcək taqətini,

Ceyran aparacaq qismətimi.

Dünyanın işinə bax!

Can alan ceyrana bax!

İndi bildinmi,

Nə üçün arığam?..

 

Категория: Məhəbbət sorağında | Добавил: Rehim (2013-09-02)
Просмотров: 327 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz