Şeirlər
Qonşu qız
Mənzilimiz üz-üzə,
Qonşu olsan da bizə.
Nə qədər qaş-göz etdim,
Baxmadın heç bir sözə.
Nəzarətçidir arvad,
Aça bilmirəm qanad.
Belə getsə bu gözəl
Əlimdən çıxar ay-dad!
İnsafın olsun Taya,
Salsana məni saya.
Xanımın aramızda
Olub möhkəm bir qaya.
Ümidimi üzmüşəm,
Neçə ildir dözmüşəm.
Daha tabım qalmayıb
Odlanıb közərmişəm!
Günləri vermə badə,
Düşməsin əldən badə.
Hisslərin coşan zaman
Məni də sal bir yadə!
Tamamdır otuz yaşı,
Gözəlləşir göz-qaşı.
Kolye ollam sinəndə
Neyləyirsən daş-qaşı?!
7 yanvar, 1985
|
Категория: Məhəbbət sorağında | Добавил: Rehim (2013-09-02)
|
Просмотров: 293
| Рейтинг: 0.0/0 |
|
Наш опрос | |
Статистика |
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0 |
|