Bir gül gördüm qönçələri açılmamış,
Üstündə şeh damcıları işıq saçır.
İstədim ki, onu üzüm heç açmamış
Oynaq, titrək şüa olub məndən qaçır.
Qaçma gülüm, eşqindən çox da uzaq,
İkiliyin atəşində qızınaraq,
Bu dünyanın qəm-kədərin unudub
Ruhumuzun birliyindən kam alaq.
Qönçələrin qoy mənimçün açılsın,
Eşqim üçün ürəyinə yol açsın.
Ləçəklərin
üzərimə səpilsin,
Canım sənin, canan bundan can alsın. 1973
|