Суббота, 2025-06-28, 1:23 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Məhəbbət sorağında

İkinci son görüş

Günəş üzümə güldü, ətrafa nur saçıldı,

Gözüm – gözünə dəydi, dodağı niyə qaçdı?

Gecikən məhəbbətim od ələdi qəlbimə

Bu əlamət, işarə ümidimə yol açdı.

 

Dayanıb salam verdim, əlin mənə uzatdı,

Görünməyirsən daha, bir balaca söz atdı.

Dəyişən görən nədir? Dünya, mənmi, ya da, o

Açıldı köhnə yaram, ürəyimi sızlatdı.

 

Bugün – sabah nənəyəm, yəqinki dəyişmişəm,

Unutmadım heç səni, yuxumda da görmüşəm,

Geç də olsa duyaraq, həyatın mənasını,

Ömrün gözəl anların, nadanla keçirmişəm.

 

Sünü təbəssüm nədir? Gözündən qəm oxunur,

Zaman geri dönərsə?! Sarı simə toxunur.

Eşqinə hə deyərdim! Bu sözlərin hər biri

Ürəyimə tuşlanan, yaydan çıxan ox olur.

 

Bu qəfil ildırımdan, yağışmı yağacaqdır?

Ömrün qürub çağında, tufanmı qopacaqdır.

Kiçicik su arxından, atlanmaq olub çətin,

İllərin arxasına, körpümü salacaqdır.

 

Danışdıqca məhəbbət, nifrətə çevrilirdi,

Od ələnən köksümə,sanki su səpilirdi.

Zaman geri qayıtmaz,geriyə yolu bağlı,

Eşqimin nakam izi, an ba – an silinirdi.

 

Bağışla tələsirəm, xanımı görəcəyəm,

Sabah uzaq səfərə, Parisə gedəcəyəm.

Artıq qatar gedibdir, arxadan baxmaq qalır

Bu ikinci son görüş?! Eşqimi siləcəyəm.

 

Kaş ikinci son görüş baxtımda olmayaydı,

Misgin halın görmədən, xəzəl olub yanaydı.

İlk görüşün atəşi qalaydı xəyalımda,

İçimdəki qönçəsi açılmadan solaydı.

                                                             2012             

Категория: Məhəbbət sorağında | Добавил: Rehim (2013-09-02)
Просмотров: 307 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 2
    Гостей: 2
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz