Yazın ilk səhəri deyirlər
şirin olur yuxu.
Dan sökülüb, günəşsə
doğmayıb,
dostların yatmış çoxu.
Kimi röyasında eşqini
qucur,
vüsalına qovuşur.
Kimi qorxunc qayadan uçur,
əcəliylə vuruşur.
Bu mənəm, artıq həyatdan
gedirəm.
Ayrıldım, yox ölməmişəm.
"yıxılarkən qayadan”
bərk əzilmişəm.
Böyrümdən ağır sancı
qalxır,
qəlbim sıxılır.
Ölümlə həyat çarpışır,
Ölüm şirin görünür,
qəribədir?!
İçimdə ağrılar öz
işindədir,
Qorxuram, fidan körpələr
diksinər.
Ürkək gözlərdə həyacan
görünər,
Mənəvi əzab da bürüyər
qəlbimi,
Bəlkə biri sağalar, digəri
əbədi qalar!
Səhər saat altı,
Nə ağır keçərmiş xəstəlik
saatı
Az qala, tutub ala,
qəlpə-qəlpə, damla-damla
Yığdığım illərin sevincini
İçimdə çırpınan həyat
incimi.
Canım torda, xəyalım azad
bir quş,
Bir an da gətirməyir duruş,
Gah zülmət dolu qaranlığa,
Gah da, işıqlı aydınlığa
Sürüyür duman kimi.
Dəyişgəndin, məni döşəyə
salan
Bakının havası kimi.
Bakının yaşıl bağları ,
ilin gözəl cağları.
Çilçıraqlı bir saray,
Ətrafda ulduzlu səma, ay
Yerin peyki, mən də
peykdəyəm,
Günəşin nuru düşən
ölkədəyəm,
Ovcumda titrək bir əl,
Məhəbbət sorağında
Qaldırıb quş tək,
apardım qucağımda.
Ac-susuz insan,
yedi ən gözəl neməti,
içdi sərin şərbəti.
Nə susuzluğu yatdı,
nə yeməkdən qayıtdı.
Sümükdə olan aclığı
doydurmaq olmaz.
Ta etməsən nemət calağı,
Susuzluğu dayanmaz,
birləşdirməsən əbədi bulağı.
Mart, 1970
|