Minilliyin sonunda, oktyabr ayında,
Tofiqin böyük oğlu – Fərid-Aynur toyunda.
Səsləndi belə arzu: "Bu ilk oğul ailəsi,
Minilliyin ilk ili eşidər nəvə səsi”.
...Ağ xalatlı həkim qız xoş xəbərin carçısı,
Söylədi nəvən olub, sanki bir ay parçası.
Arzuları, qisməti verir böyük yaradan,
Tofiqsə çox sevindi, Allah verdiyi paydan.
Oğuldan qız nəvəsi, adın qoyuldu – Aydan,
Gözəllikdə seçilməz, göydəki nurlu aydan.
Kamal-Tofiq babaya Aydan bir qız nübarı,
Hamıya əziz olur övladların ilk barı.
Babaların arzusu, içsin pürrəngi çaydan
Onu dəmləsin ancaq nəvəsi, gözəl Aydan.
Bu il düşüb Tofiqə əlli illik yubileyi,
Bir də ki, baba oldu, üstəlik oğul toyu...
Tofiq-Xanlar arzusu, Xalid-Nigar istəyi,
Məhəbbətdən bir vurur iki gəncin ürəyi.
Bu rəqabət deyildir, Xalid izlər qardaşın,
Eyni ayda "Tural”da atır subaylıq daşın.
Cəlilabad elində Sahib əmi ocağı,
Ətrafa nur çiləyir parçalayan çil-çırağı.
Nigar xoşbəxtliyini bu işıqda tapacaq,
Xalid ilə birlikdə arzusuna çatacaq.
Cəlilabad cəmiyyəti bu gün sevinc içində,
Sizləri təbrik edir, bəy-gəlin biçimində.
17 oktyabr, 2001.
|