Beşcə yaşı tamamdır bizim əziz Toğrulun,
Ailəyə böyük sevinc belə şirin oğulun.
Qarabağda, Şəkidə əslə tayı tapılmaz,
Azərbaycan Vətəni, möhkəmlikdə bir almaz.
Atası Şamil kimi cəsarətin rəmzidir,
Əyilməmək xalqımda Nəsiminin əzmidir.
Moskvada canımı fəlakətdən qurtardı,
Erməni köpəyinin köpüyünü yatırdı.1
Anası – Şəhla xanım, Toğrul – ciyərparası,
Məhəbbətinin payı, gözlərinin qarası.
Saçı bahar çiçəkli, arzuları dənizdir,
Şamilə məhəbbəti – oğlu ilə əkizdir.
Hamının arzusu bir – igid bir oğlan olsun,
İnstitutu bitirib, evlənmək həddə dolsun.
Şöhrətin zirvəsində ucalsın uca ada,
Xalqımızı tanıtsın bütün sivil dünyaya!
1* 1988-ci ilin sonunda SSRİ Müəllimlərinin I Qurultayında İctimai elmlər-tarix bölməsində erməni tarixçisinin SSRİ dərsliyində nə üçün "Velikaya Armeniya" yoxdur sualına mən, qeyri-iradi bir çılğınlıqla "Ne bıla Velikaya Armeniya!" cavabını verdikdə hər tərəfdən foto-video aparatları və ermənilərin qəzəbi mənə yönələndə, BDU-nun İqtisadiyyat kafedrasının müdiri Şamil Qafarov qalxıb sakitcə: "Yest Velikiy russkiy narod" deməsi gülüş doğuraraq rusları ermənilərə qarşı qaldırıb diqqəti yayındıraraq oda su səpdi...
|