Vətəndaşlıq pasportun
oğlum, bu gün alacaq, Qeyrətli balam mənim, kamil
insan olacaq. On altı yaşın sənin
kişiliyin həddidir, Arzular çiçək açıb, qəlbim
nurla dolacaq. Kamalına söz olmaz, qamətin
sərv ağacı, Ürəyimə fərəhsən, başıma
qoydun tacı. Min dərdim olsa belə,
unudaram səninlə, Xoşbəxtliyində ancaq,
taparam hər əlacı. Evimizdə çil-çıraq, həyata
yaraşıqsan, Ata-ana gözündə alovlanan
işıqsan. Sirrini ver anana, onunla
bəhsə girmə, Gizlətmə bizdən oğul,
söylə, kimə aşiqsən?
29 iyun, 1986.
|