Şeirlər
Şəlalə
Şəlalə - dağlar qızı,
Sevənlərin min nazı,
Çılğınlığın adında
Həyatın qayalarda
Zərrəsi işıq səpən,
Küləklər öpən ləpən,
Suların zümzüməsi.
Nur çiləyən incisi,
Təbiət möcüzəsi.
Şəlalə - ellər qızı,
Ömrün çiçəkli yazı.
Fədakarlıq adında,
Gözəlliyi qanında
Gözləri atəş səpən
Sözlərindən dürr tökən,
Sevənlərin nəğməsi.
Qızların ən incəsi,
Bəşərin möcüzəsi...
Qayalardan uçursan,
Sanki qanad açırsan.
Sevginə qurban gedib
Göylərə ucalırsan,
Eşqə zəfər çalırsan.
Şəlalə - dağlar qızı,
Ömrün çiçəkli yazı.
Şəlalə - dan ulduzu,
Elin alagöz qızı!
|
Категория: Ünvanlı misralar | Добавил: Rehim (2013-11-23)
|
Просмотров: 251
| Рейтинг: 0.0/0 |
|
Наш опрос | |
Статистика |
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0 |
|