Суббота, 2025-06-28, 4:27 AMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Ünvanlı misralar

Rafiqimin babası

Vətənin bir parçası,

Qarabağın aynası.

Xan kəndində doğuldun

Rafiqimin babası.

 

Şairlərin məskanı,

Şuşa igidlər kanı.

Sevdin İsa bulağı

Rafiqimin babası!

 

Elmin yüksək zirvəsi,

Xalqın ucalan səsi.

Sənin qismətin oldu,

Rafiqimin babası.

 

Ailəmizin başçısı,

Dostların ən yaşlısı.

Hamımızdan zirəkdir,

Rafiqimin babası!

 

Ahıl yaşın qayğısı,

Nəvələrin sayqısı.

Sizi qorxuda bilməz

Rafiqimin babası.

 

Çatmışsan yetmiş yaşa,

Zəngin qəlbin tamaşa.

Insanlığa rəmz oldun

Rafiqimin babası!

 

Ömrü edibsən yarı,

Nəvələr onun barı.

Budur səni yaşadan

Rafiqimin babası!

 

Nərdin böyük ustası,

Döyməninsə atası.

Uduzmağı sevməyir

Rafiqimin babası!

 

Hər arzuna çatasan,

Şeş qoşa da atasan.

Zəri cütləyib atma

Rafiqimin babası!

Yetmiş yaşlı bahadır,

Möhkəmliyin qayadır.

Arzuların yaşadır

Rafiqimin babası!

 

İşlədiyin hər yerdə,

Bolqarıstan elində,

Gecələri yatmayıb

Qovuşduğun səhərdə.

Bu gün təbrikə gəlib

Sizə yüz yaş diləyir

Rafiqimin babası!

 

                                                       25 may, 1980.
Категория: Ünvanlı misralar | Добавил: Rehim (2013-11-23)
Просмотров: 309 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 2
    Гостей: 2
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz