Gözəlim, sevgilim, əziz
həmdəmim,
Evimizi basmış
qəmim-kədərim.
Sənin səs-küyünə həsrət
qalmışam,
Gəmisi batmıştək fikrə
dalmışam.
Zəncirlə bağlanan eşqimiz
möhkəm,
Sınaqdan çıxıbsan olsan da
ötkəm.
Nə qədər şirindir birgə
həyatım,
Bütün arzulara səninlə
çatım.
Sən masa üstündə doğranan
zaman,
Böyük yaradandan istədim
aman.
Dedim oğul toyu nübar
dərəsən,
Nəvənlə əylənib xoş gün
görəsən
Qocalaq, birlikdə sağlam
gün sürək,
Nəvə-nəticənin toyunu
görək.
Bu ülvi arzular tale
qisməti,
Nə ağırmış ayrılığın
həsrəti.
Ayrılığın tonqalında yanan
çox,
Bu həsrəti çəkən bilər
görən yox.
On gün mənə on il kimi
göründü,
Ağ çiçəyim, ağ dumana
büründü.
Şapraq səsin dalğa kimi
kükrərdi,
Bəs nə oldu yarpaq kimi
titrədi.
Qorxma, gülüm, allah sözü
dilimdə,
Nicat yolu yaradanın
əlində.
1992
|