Şeirlər
Nübar
Bir oğluma gözmü dəydi
Arzuları közərmədi?!
Ruhu qonmuş varlığısa
Mələk kimi çox gözəldi.
Ulu dərdin şah qübarı,
Qismət etdi gül Nigarı.
Aman allah, özün qoru,
Bu təbərrik yadigarı.
Bənövşənin tər ləçəyi,
Nəvələrin ən göyçəyi.
Nigar allah dərgahında
Hökm-zaman gerçəkliyi.
Nigar demə - bir möcüzə,
Şirinliyi gəlməz sözə.
Incə gülüş, nazlı baxış,
Hakim olub qəlbimizə.
Ürəyimdə oğul dağı,
Nigar onun son yarpağı.
Zümrüd kimi daim yaşıl
Başım üstə zəfər tağı.
Sevinc-kədər çalarıdır,
Başımın cah-calalıdır,
Sönməz yurdun işıqları
Nigar onun çırağıdır!
1995.
|
Категория: Ünvanlı misralar | Добавил: Rehim (2013-11-23)
|
Просмотров: 287
| Рейтинг: 0.0/0 |
|
Наш опрос | |
Статистика |
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0 |
|