Nəvə niyə şirindir, baş
sındırmış babalar, Nəvə əzizolanda, övlad niyə
yad olar?! İncidilən babaya nəvə qisas
alandır, Həqiqətə bənzəyir, lakin
böyük yalandır. Bu sirri açmaq üçün
cavanlığı sal yada, Öz ömrünü yaşayıb, yoxdur
qayğın dünyada. Körpənə nənə baxır, dərdini
atan çəkir, Dəyirman çax-çuxunda,
bilmir qayış nə çəkir. Sənə dayaq olanlar, artıq
dünyadan köçür, Özünlə bağlı arzun, artıq
övlada keçir. Cavanlıq əldən gedir, qayğı
başdan ələnir, Bar verən övlad qalır, öz
barınsa tükənir. Övladın xoşbəxliyini
nəvəndə axtarırsan, Sonuncu atəşini, sanki oda
atırsan. Nəvə olur səninçün, hər
dərdinin yarağı, Həyatının mənası, nəslin
yanan çırağı. Nəvəni çox sevməyin, sirri
bundadır ancaq, Bilirsən ki, xatirən
nəvənlə qurtaracaq. Baba olmaq arzusu, bu
sevinci yaşamaq, Mənə də qismət oldu, nəvə
eşqin daşımaq. Qardaş dağın çəkirkən,
Samir həyata gəldi, Dərd yükünü azaltdı, dünya
mənə verildi. Sabirin kötücəsi, Şükürün
nəticəsi, Qasım-Bəşir babanın ən
qiymətli incisi. Ilk nəvəm ilk oğuldu, Samir
adı qoyuldu, Təranə qızım ana, Mehdi ata
olubdu. Nənələri şad-xürrəm, Samir
igid bir bala, Gözəllikdə bir dənə, qaş
qara, gözlər ala. Sabir dünya tutumlu, Şükür
elin şöhrəti, Samir gərək artırsın, ulu
soya hörməti. Böyük oğlan olubdur, artıq
məktəbə gedir Dərslərində əlaçı,
kompyüteri çox sevir. Samir indi tək deyil,
bacısı da olubdur, Nənəsi öz adını, bu gözələ
qoyubdur. Böyük sevinc içində, deyir
Ofelya nənə, -
Həm arzu, həm adımı, gərək yaşatsın nəvə. Allahım eşit onu, göstər
böyük səxavət, Arzuların çin etki, nəvələr
olsun xoşbəxt. Iki oğul nəvə də, bəxş edib
Aynur qızım, Hər ikisi tər çiçək,
olubdur ömür yazım. Kamran-Aynur bir kökün
parçalanan qolları, Azər-Rəhim bu qolları
birləşdirən yolları. Azər məktəbə gedir,
dərslərində əlaçı, Rəhim yaman mehriban,
dərdlərimin əlacı. Bir nəvəm də Rafiqin
görməyən yadigarı, Gün-gündən çiçək kimi,
gözəlləşən Nigarı Hər görüşü ayrılıq, ürəyimi
sızladır, Qəlbimə təsəllidir, qəm
yükümü azaldır. Nəvələrin hər biri,
həyatımın parçası, Ömrün payız anında,
xoşbəxtliyin carçısı... Yanvar, 2000
|