Babasının adına yiyələndi
ki, nəvə, Ata sözünə baxmaz deyilsə
də min dəfə. Hamı nazını çəkər, deyəcək
yolu böyük, Nəvə, ataya ata, çıxmasın
oğul dönük. Körpəlikdən böyüklük
dahilərə yaraşır, Birincilik üstündə
baba-nəvə yarışır. Yarışda qalib gəlmək nəslin
ülvü arzusu, Halallığı qanında, ilahidən
ruzusu. Nəvə Ağahüseyn bunu daim
duyacaq, Babanın şöhrətinə öz payını
qoyacaq. Babaların sevinci, nəslin
pöhrəli qolu, Həyat kimi yamyaşıl, uğurlu
olsun yolu. Hamımızın arzusu ona səadət
diləmək, Elə bir zaman gəlsin deyək
toyun mübarək! Ürəyindən keçir ki, nəvə
ata olubdur Nəticə arzusilə gözün niyə
dolubdur?! İnsan sonsuzluq istər, ağır
olsa da belə, Çünki orda həyat var, ömür
bənzəyər selə. Özün də heç bilmədən
sahilinə çatarsan, Nəvənin sevincini nəticəyə
qatarsan. O günü görmək Sizə inan,
qismət olacaq, Bəşirin xoş sözləri xatirə
tək qalacaq.
Noyabr, 2000.
|