Səkkizi mart günündə nəvən
gəldi dünyaya, Gözəllikdə rəqibdir həm
günəşə, həm aya. Tofiqi baba etdi, Sona
xanım nənədir, Arzulardan yaranan bu gözəl
bir danədir! Bu nəsildə meyvələr
kökündən düşməz kənar, Ocaqda iki budaq, birləşsə
ancaq yanar. Bu odun alovundan nur alıb
gəldi Ləman, Arzular qanadında,
məhəbbətdən can alan! El sözü məhvər olmuş
Elnarəylə Elşənə, Ləman bir tər çiçəkdir,
sanki kövrək bənövşə. Bir nənəsi Sonadır, bir
nənəsi Səmayə, Ayna sular sonası
yüksələcək səmaya. Ulu kökdə dayanan, mənim
əmim Əzizdir, Səlim baba dünyası, bizim
üçün əzizdir. Tofiq baba olandan gözləri
alovlanır, Elnur olubdur dayı,
arxasında dayanır.
Mart, 1998.
|