Суббота, 2025-06-28, 6:53 AMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Ünvanlı misralar

Kamalın Kamal nəvəsinə
Hər yaşın öz arzusu, hər arzunun sevinci,
Arzular həyat kimi həm şirin, həm keçici
Körpəlikdən başlanır insanda bu duyğular,
Onlara çatan kimi dönüb olur qayğılar.
Həkimlik istəyilə Kamal gəldi sənətə,
Zirvələri aşaraq çatdı böyük şöhrətə.
Dünyanın çox yerində o, seçilib sayıldı,
Neçə ümidsiz xəstə, şəfa tapıb ayıldı.
Müqəddəs insanların ağsaqqallıq sözüylə
Qurdu gözəl bir ailə, qəlbinin arzusiylə.
Ailə böyük bir sevinc, körpə onun zirvəsi,
Tahirə xanım verdi Kamala ilk töhvəsin.
Dünya üzünə güldü, Nigar həyata gəldi,
Bəxtinin ilk ulduzu körpəsində göyərdi.
O, naşükür deyildi, baxıb elin dəbinə,
Oğul görmək diləyin bildirdi öz rəbbinə.
Insanlıq daimi şahid yaradanın səbrinə,
Ikinci də qız oldu adın qoydu Səbinə.
Elələri tapıldı ona darıxma dedi,
Bu dəfə oğlan olar, hətta təsəlli verdi.
Üçüncü də qız oldu, həm gözəl, həm nuranə.
Allaha min şükür edib, adın qoydu Aynurə.
Ananın imam kökü qızlara qıldı pəyan,
Atanın güclü əli onlara oldu həyan.
Üç tər çiçək, oğul qeyrətli bu gözəl qızlar,
Böyüdükcə doğurdu daha böyük arzular.
Təbib olmaq həvəsi, qəlblər istəklə dolu,
Qızlara nəsib oldu atanın sənət yolu,
Həkimliyə məhəbbət, insanlara mərhəmət,
Bu gözəl bacılara gətirdi böyük şöhrət.
Qızlar içrə Nigarın birincilik yeri var,
Ona elçi göndərdi Elçin kimi igid yar.
Anası Nisə xanım, bir də atası Eldar:
-         Elnarə üçün bacı, bizimçün gəlin Nigar.
Təmtaraqlı toy oldu, allahın qismətilə,
Yeni ailə quruldu, azəri ismətilə.
Kamal sevinc içində yeni arzuya düşdü,
Baba olmaq həsrəti onu yaman üşütdü.
Arzusu açdı çiçək, günəş nurə boyandı,
Ilk nəvə oğlan oldu, qəlbi atəşlə yandı.
Sağlamlığı yerində, gözəllikdə gülcamal,
Hamının istəyilə adı qoyuldu – Kamal.
Ilk oğul, ilk nəvə, ürəyinin parçası,
Həyatının mənası, bu nəslin davamçısı.
Dünya kiçik göründü, yerə-göyə sığmadı.
Həyatında ilk dəfə sevincindən ağladı.
Gecələri yatmadı, hamı kənar dayansın,
Dedi: - Gərək mən çəkəm onun bütün qayğısın.
"Malış”, pampers, nanəcövhər, hamısı öz yerində,
Iyul çox isti keçir, uşaq yatsın sərində.
Məsləhətin sayı yox, hər saatı zəng edir,
"Kişi”nin böyüməsi niyə belə ləng gedir?
 
Qırx gün tamam olmamış qohum-qardaş küssə də,
O, heç kimə demədən kədər, sevinc, qüssədə
Həyatında ən çətin əməliyyat keçirtdi,
Kişilik "sənəd”iylə ilk şərbəti içirtdi.
 
Bir yaşı tamam olur bu gün nübar Kamalın,
Baba-nənələr xoşbəxt, nəvənizdən kam alın.
Yeyib-içib şənlənib, biz də dua edək ki,
Allahı ona versin dahilərin kamalın.
 
Böyüyüb başa çatar, uğru böyük Kamalın,
Xoşbəxtliyin qabaqda – Bəşir baba rəmmalın.
Bibisi, xalaları qız seçməyə tələsin!
Evləndirmək vaxtıdır, güzgü alın, şam alın.
 
Bu da böyük bir arzu, gəlin uzağa gedək,
Sanki o gün çatıbdır, deyək toyun mübarək!
Kamal-Eldar babası, Tahirə-Nisəxanım,
Bu kişi nəvənizdən gözəl nəticə görək!
 

                             İyul, 1999. 

Категория: Ünvanlı misralar | Добавил: Rehim (2013-11-23)
Просмотров: 271 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz