Cəlilabad məclisidir yığışmışıq " Turala " Bəzi mətləblər gərək aydınlaşa , durula Əlimdə iki dəvət : -biri Tofiqdən gəlib Digərin həmin yerə həkim Kamal göndərib Əziz oğlu Tofiqin Elnurunun toyudur Kamalınsa ad günü , Şəmsəddin oyunudur İnsafən düzün deyim tarixləri düz gəlir Tofiq xərcini çəkir Kamala müftə gəlir Dostluqları çox qədim bir məhlədən gəliblər Ağanın baxçasından tər çiçəklər dəriblər Toyunuz , ad gününüz , qohumluğuz mübarək Hamımız bir ağızdan onları təbrik edək Təbrik ilə canımı qurtarsaydım nə dərdim Sanardımki ağacdan ikicə alma dərdim Müəllimin kasıb vaxtı , iki yükü daşımaq Cibi dollarla dolu dostdan geri qalmamaq Necə deyim çox çətin , düzü gəlməyir dilim Mənə köməyə gəlsin şairanə qələmim Vəziyyətdən çıxmaqda qaldım seçim içində Buna cavab tapıldı bircə qədəh içəndə İkisinə bir şeir , dollar çıxsın yadımdan Sponsurub tapılsa yazdırarlar adımdan Müəllim ilə şairi dolandırar öz eli Təbrik etmək vaxtıdır Elnur ilə Güneli Bir baxçanın gülüdür , hər ikisi tər çiçək Bəyimizlə gəlinin baxtları olsun göyçək Nəsli davam etdirib Tofiqə versin nəvə Qucağında nəvələr sevinsin Sona nənə Əmim oğlu Tofiqin oğlunun şad günüdür Elimizin fəxrinin Kamalın ad günüdür
02.10.2004
|