Şeirlər
Diləfruz
İlk Vətən ulu Tovuz
Azərbaycan yurdumuz
Yaşar , Məlahət xanım
Özəl ailə qurdunuz
Çinar nübar oğlunuz
Çiynində böyük ulduz
Onunla fəxr edəcək
Şanlı polis ordumuz
Zərif çiçək qızınız
Eşqdən doğan arzunuz
Göz açanda dünyaya
Adın qoydun Diləfruz
Yaşıllıq olmaz susuz
Şənliklər keçməz onsuz
Xoşbəxtliyin açarı
Şirin dildir Diləfruz
Elmə həvəsi sonsuz
Tarix beş deyil əfsus
Hüquq ali məqsədi
Gözəl qızdır Diləfruz
Qanun həyat yolunuz
Sakit baba ulunuz
Səmayə nənə xoşbəxt
Nəvəsidir Diləfruz
Fizuli şeri əruz
Şəbu hicran ruhunuz
Xəyalın uca mehrab
Duyğusaldır Diləfruz
Haqqa arxa durdunuz
Bir qalaça qurdunuz
İşıq saçan saryda
Çil – çıraqdır Diləfruz
05.03.2010.
|
Категория: Ünvanlı misralar | Добавил: Rehim (2013-11-23)
|
Просмотров: 315
| Рейтинг: 0.0/0 |
|
Наш опрос | |
Статистика |
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0 |
|