Суббота, 2025-06-28, 1:30 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Ünvanlı misralar

Dayıma

Səbrlər çatmadı gözləyək Sizi,

Univermaq "Moskva” gözləyir bizi.

Demə ki, Amalya vəfasız qızdı,

Zorla apardılar, söyləyim düzü.

 

Dedim: - Nigaranam qəti getmirəm,

Dedilər: - Böyüyə hörmət etmirəm.

Dedim: - Nə istəsəm dayım alacaq,

Dedilər: - O qalıb pambıq yığacaq.

 

Az qala gözümdən yaş da süzülə,

Sən gələn yollara güllər düzülə.

Ürəklər daş olub, yaman bərkiyib,

Fikrim çatdırım hansı söz ilə.

 

Deyirəm dayıma bir tay tapılmaz,

Onun ürəyinə heç ürək çatmaz.

Gəlib əvəz çıxar, onda görərsiz,

Borclunun borcluda heç nəyi batmaz.

 

Bakını gəzərəm, dedim doyunca,

Titrədim soyuqdan yollar boyunca.

Gördüyüm mağaza, dükanlar oldu,

Pilləkan "yeridi”, qorxdum yamanca.

 

                                                                               Oktyabr, 1984.
Категория: Ünvanlı misralar | Добавил: Rehim (2013-11-23)
Просмотров: 236 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz