Yarım əsr nə tez belə
tamamdır,
Əlli yaşsa söz-söhbətdir,
yalandır.
Gözlərində şölələnən atəşi
Eşqimizçün saxla, gülüm,
amandır!
Sevənlərə bir timsaldır
sevgimiz,
Məhəbbətim billur kimi
saf-təmiz.
Eşqimizdir dəryalarda
yolçumuz,
Qorxma, gülüm, daşa dəyməz
gəmimiz.
Illər ötür, qoy artmasın
kədərin,
Arzu ümman, ömür qısa, can
şirin.
Od yurdumun tufanlarda
sönməyən
Atəşisən ürəyində Bəşirin.
Gözlərimdə gəncliyimin
sorağı,
Ürəyimdə eşq odunun çırağı.
Dizlərimdə bütöv elin gücü
var,
Barmaqlarım saçlarının
darağı!
Xatirələr qocalıqda
günahım,
Gəncliyimin arzusunda ha
yanım.
Qısqanma sən röyaların
səsinə,
Sənsən mənim məhəbbətim,
pənahım!
Gözəllərin vəfasını
görmüşəm,
Çiçəklərin ən qəşəngin dərmişəm.
Həyatımı taleyinə bağlayıb,
Dünyamızın mənasını
bilmişəm.
Qar çiçəklər səpələnsə
saçına,
Deyərəm ki, hədiyyəsən
bacına.
Yubileyində yaratdığım
çələngi,
Bəzək kimi mən qoyaram
tacına!
Cavan qıza, ya qonşuya bənd
olam,
Ya ötəri, ya da gizli zənd
salam.
Tufan qopar, göy gurlayar
bir anda,
Bu döyüşdən sevinərəm sağ
qalsam.
Həm gəncəli, həm də
qarabağlıdır,
Tortu əla, plovu
qazmaqlıdır.
Yaşasa da birliyində
ruhumun,
Arzuları Nigarıma bağlıdır.
Arzu edək ikiqat artsın
yaşın,
Salamat ol, yaxşı işləsin
başın.
Xörəyimi bişir sən,
namizədlik bəsindir,
Doktorluğu yazmağın
birdəfəlik at daşın.
Qibtə edən yaman dillər xar
olsun,
Geniş dünya gözlərində dar
olsun.
Ülviyyətin sevinc seli
içində
Bəşir sənə qoy əbədi yar
olsun!
1996
|