Cabir igid bir oğul, Günel
günəşin tacı, İki xala nəvəsi, nənələr
əziz bacı. El şimalda sevinsin, Cabir
günəş aparır, Vardır onların ancaq günəşə
ehtiyacı. Günelə nəsihətim, qorusun
məhəbətin, Artırsın gündən-günə
qohumluqda hörmətin. Adına layiq olsun, günəş
olsun elinə, Cabirə sevinc versin, onda
tapsın səadətin. Cabirə nəsihətim, Günel sizə
əmanət, Almasdır sənə dayaq, mərd
atadır Əbülfət. Əmanət göz bəbəyi, dünyaya
işıq yolu, Onu qorumaq şərəf, gətirər
böyük şöhrət. Toyun bəyi igid oğul
Cabırdır, Günel ilə tayfaları
canbirdir. İki soyun qollarını
birləşdirən Bəy-gəlinin ürəyidir,
qanbirdir. Gəlinimiz şirin dilli
Güneldir, Gözlərinin aynasısa
Göygöldür. Çox kövrəkdir, xatirinə
dəyməyin, Göz yaşları yaz yağışlı bir
seldir! Qız atası kiçik qardaş
Bədirdir, Hünərlidir, cəsarətdə
bəbirdir. Bu qohumluq göydən gələn
bir xəbər, Ulu tanrı hər hikmətə
qadirdir! Ulduzların ən parlağı
Zöhrədir, Qız anası ona bənzər
Zəhradır. Şükür oğlu, Röya, Günel
qızları, Bədir üçün üç balası
töhvədir!
29
avqust, 2001.
|