Sən dünyaya gələndə Günəş nura boyandı Aysa sevinc içində pənçərəndən boylandı Dünyanın iki gözü adını sənə qoydu Bu gözəllər birləşib ətrafına dolandı
Aygün bahar duyğulu, qızların ən gözəli Günəş həyat mənbəyi, dünyamızın əzəli Aysa türkün ilqarı, əməlin tək işıqlı Ömür – həyat qismətin, adın tək yaraşıqlı
Qəlbin də adın kimi həyata işıq saçır Arzuların çin olur gələcəyə yol açır Hisslərin Ay işıqlı xoşbəxliyin axtarır Amalın büllur , təmiz , baxtına doğru qaçır
Övladların uğuru ata – ana sevinci Balaların nübarı Aygün yenə birinci İlk qızın , dan ulduzun , artıq həkim olacaq Dostları təbrik edir Fəxrəddinlə , Sevinci
Atanın başı uca . qoy sevinsin Fəxrəddin Adı özünə layiq , fəxridir böyük elin Həyata vəsiqəsin Aygün artıq alıbdır Qanad açıb arzusu , siz bununla fəxr edin Anası Sevinc xanım ətir saçan bir çiçək Alimlik adın alıb ağlı hüsnütək göycək Qızları həkim olar , Muradı hüquqşünas Bu mehriban ailəyə xoşbəxtlik bəxş edəcək
Bacın İradə xanım sənin yolunu tutdu Universtetə girməyi buna əla sübutdu İnsanlara məhəbbət onu da təbib etdi Məhəbbəti yaradan bu ocaqdı , bu yurddu
Qızların ən kiçiyi , ərköyün incə Nəzrin Çılğn təbiətinlə Xəzərədir bənzərin Baxtına doğru uçan belə şirin balanın Üstündən əskik etməz İlahi öz nəzərin
Bacılara arxadır , igid sevimli Murad Ata – ana sevinci onunla açar qanad Evə gəlin gitirər , nəsli davam etdirər Fəxrəddinin fəxridir , çıxaracaq yaxşı ad
|