Qayğılı görürəm yurdu-
yuvanı,
Gəzirəm hər yanı ,dağı-aranı.
Baxıram eyvana,
bağa-bağçaya,
Tapmıram heç yerdə anam
Ceyranı.
Payız vaxtı gəldi, əcəl
boranı,
Vurdu qəlbimizə ağır
yaranı.
Qara torpaq aldı bizdən
payını,
Ayırdı bizlərdən anam
Ceuranı.
Qoynumda saxlaram
odu-qoranı,
Qaytara bilsəydim arxa
duranı.
Bir insan itirdim dünyadan
böyük,
Xatirəyə dönən anam
Ceyranı.
Artıbdır həyətdə güleyşə
narı,
Nəvələr çoxalıb tutub dörd
yanı.
Nənə nağılına həsrətdi
onlar,
Tapa bilməyirlər anam
Ceyranı.
Saçına ələndi dağlarin
qarı,
Duman-çən bürüdü ulu
diyarı.
Bahar çiçəyitək çovğuna
düşdün,
Bu tufan apardı anam
Ceyranı.
Ruhun gəzə bilsə bu
çəmənzarı,
Duyardın çəkdiyim hər
ahu-zarı.
Övladlar ürəyi sənin məzarın,
Nəvələr yaşadar anam
Ceyranı.
Müqəddəs sayılır insan
ilqarı,
Sevdin
insanlığı,dini,quranı.
Əməlin yerlərdə,əlin
göylərdə,
O göylər apardı anam
Ceyranı.
Uşaqlıq anları yadıma
düşür,
Yenidən keçmişlə bir də
görüşür.
O ləziz günləri xatırladıqca,
Titrəyir varlığım,qəlbim
üşüyür.
Hər səhər durardı alatoranı
Nehrədən ayırıb
yağı-ayranı.
Yaxmac payımızı alardıq
ondan
Hamımız sevərdik anam
Ceyranı.
Axşam üstü o,təndiri
qalardı,
Alovundan yanağımız
yanardı.
Toplanardıq ətrafına
tabağın,
Hər birimiz kökə payın
alardı.
Orucluqda xoruzbanı
durardı,
Süfrə açıb "obaşdanlıq”
qurardı.
Kərə yağda cücələri
bişirib,
Birdəfəlik həzm-rabə
vurardı.
Söz deyəndə allanardı
yanağı,
Biz olardıq onun əziz
qonağı.
Ləzzət ilə səhər-səhər
yeyərdik
Fincan dolu qatıq, südü,
qaymağı.
Təmiz idi qəlbi kimi əməli,
Suda idi bütün günü pak
əli.
Nadinc idim, incidərdim
sizləri
"Can”dan başqa bir söz
bilməzdi dili.
Nə şirindir günlərimin
ötəni,
Uzaq eldə yad edərəm
Vətəni.
Kərə yağla qarışdırıb
verərdi
Sac üstündə cincilimli
kətəni.
Rəna ilə verərdiniz
diz-dizə,
Dost-tanışlar qibtə edərdi
sizə.
Südün daşar, qışqırırdı
əmimsə,
Az danışın, gələrsiniz bəd
gözə.
Yadımdadı, qoyun-quzu
mələşir,
Çal qoç ilə ağ qoçumuz
əlləşir.
Deyirdin ki, qurbanlıqdır
bu qoçlar,
Atan gələr, tez kəsərik, ay
Bəşir.
Kəndimizin nə çox idi eh,
dərdi,
Traktoru ala öküz, qara
gəldi.
Uşaq-böyük qoşardılar
arabaya,
O mərdləri sürərdilər hara
gəldi.
Səmənd atın kişnəməsi
qulağımda,
Çox gəzirəm kəhər atın
sorağında.
İtirdiyim bir ömürün
sevincidir,
Qırışlanıb kədərlərim
yanağımda.
Xatirələr yaman getdi
uzaqlara,
Su səpildi alovlanan
çıraqlara.
Ülvi olan doğmaları
itirdikcə,
Ömrüm düşdü qəlb üşüdən
sazaqlara.
Ölüm haqdır, dərdi yaman
sərt olur,
Yaşıl olan təbiət də tez
solur.
Pak varlıqsan, sənin kimi
ananın
Yeri rahat, məzarı nurla
dolur.
Minsk, 1983.
|