Воскресенье, 2025-06-29, 6:40 AMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Məhəbbət sorağında

Yanar gözləri

Hər tərəf lal olub zülmət çökərsə,

Qəm seli yağış tək göydən tökərsə,

Adi bir qığılcım işıq saçarmı?

Bu ümid insana heç yol açarmı?

 

 

Adi bir çınqıdan atəş törərsə,

Insan uzaq yolu yaxın görərsə,

Qəm buzu bir anda əriyib gedər,

Bədbinlik insanı tamam tərk edər.

 

Həyatım haqqında deyilən bu söz,

Əvvəldən qəlbimə basılmış bir köz.

Yenə alovlanıb odlar saçacaq,

Qəlbimi  incidən hisslər yanacaq.

 

Yanacaq içimin qəmi, kədəri,

Dünya əbədidir, insan gedəri.

İncə bir duyğudur şirin sözləri,

Ruhuma məşəldir yanar gözləri.

 

                                                       1958

Категория: Məhəbbət sorağında | Добавил: Rehim (2013-09-02)
Просмотров: 237 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz