Суббота, 2025-06-28, 4:06 AMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Məhəbbət sorağında

Təbiətin Təzadlığı
Gecə yarı, tutqun səma,
Yuxum uçmuş asimana.
Ürəyimdə kəskin ağrı,
Seyr edirəm qaranlığı.
Üzərimə yağış yağır,
Qəmim kimi daşdan ağır.
Təbiətdir həmsöhbətim,
İldırımın çaxmasından
Axıb gəlir məhəbbətim.
Körpələrin gülüşündən
      Uçub gəlir səadətim,
Sual edir, dərdin nədir?
Qəribədir?
Sorğu edən dərdlərimdir.
Yardırmaqçın
Zəbanına tutub çəkir.
Varlığında gizləndiyim
Ürəyimsə əzab çəkir.
Düşünürəm,
Təbiətin təzadlığı
Nəyə görə
Əsir etsin azadlığı?!
Təzadlığın pəncəsində
çırpınırıq,
Ülvi olan məhəbbətdən
alçalırıq,
Öyrədirlər: Günəşə bax...
zülməti gör!
Məhəbbətdə zilləti gör,
Zülməti gör!
                                           

        1971                                          

Категория: Məhəbbət sorağında | Добавил: Rehim (2013-09-03)
Просмотров: 470 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz