Həyacan gördüm görüşəndə,
titrəşən sözlərində,
Yaş gördüm ayrılanda,
pərişan gözlərində,
Mənə "darıxma” dedin, amma
özün darıxdın,
Titrədi dodaqların, bir
azca da karıxdın.
Çıxacaqsan əvəzini, nə vaxt
qayıdacaqsan dedin,
Sonsuz vida dənizinə bunu
səfərmi bildin?
Bu yolun yolçusuyam,
dözəcəyəm şərəflə,
Yadında yaxşı saxla, bu
səfərdən zəfərlə
Canlılar aləmində qayıdanı
olmamış,
Əbədiyyət adlanan otaqları
dolmamış.
Darıxma! Şənbə çıxacağam,
bu yer üzünün,
Daşlarda xatirəyə dönən
vida dənizinin
Ad, soy, tarix yazılan
gəmisinə minməmiş,
Sizi qucacağam son mənzilə
yola düşməmiş.
Xəstəxana, 1973
|