Пятница, 2025-06-27, 11:39 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Məhəbbət sorağında

Könlümün qəfəsində
Kəpənək  qanadının  tilsiminə  uyardım,
Yarpaqların  səsinin  əfsanəsin  duyardım.
Dumanda  dağa  qalxıb  gözləyərdim  günəşi,
Gül  üstə  şəbnəmilə  əl – üzümü  yuyardım.
 
Gözəllərin  gözündən  eşq  odunu  seçərdim.
İstəsələr  canımı  həyatımdan  keçərdim.
Alışmağım – yanmağım  günəşə  bənzəyirdi,
Söndürməkçin  alovu  buzlu  sudan  içərdim.
 
Əlim  oda  dəyəndə , mən    işıq  saçardım.
Nəfəsini  duyanda  qanadlanıb  uçardım.
Dünyanın  maqnit  seli  qucqğına  alardı,
Babamız  Adəm  kimi  sevgilimdən  qaçardım.
 
Gəncliyin  atəşində  eşqimi  gözləyərdim,
Könlümün  qəfəsində  onunla  gizlənərdim.
Şam  edib  yandırardım  gözlərimin  nurunu,
Alovlanan  diliylə  sevib  əzizləyərdim.
 
Xoşlayardım  gəzməyi,  bostanları – bağları.
Tanıyardım  uzaqdan  şamamalı  tağları.
İllərin   arxasınca  xəzan  yeli  apardı,
Dəli  külək  axtaran  yaz  yağışlı  çağları.
 
Ömrün  qalan  ayların  beşcə  günə  düzəydim,
Həsrətini  çəkdiyim  çiçəklərdən  üzəydim.
Asılacaq  şəklimə  hörəydim  çələng  kimi,
Dalğalara  qoşulub  sahilimə  üzəydim.
 
Yaşanacaq  günəri  anlarıma  verərdim,
Yenə  çənli  havada  dağda  lalə  dərərdim.
Şəbnəmlə  bir  içərdim  çiçəklərin  göz  yaşın,
Son nəfəsi  alaraq  ömrə  vida  edərdim.
 
                                                             2003
Категория: Məhəbbət sorağında | Добавил: Rehim (2013-09-03)
Просмотров: 343 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz