Şeirlər
Dönən deyiləm
Ürəyim bu günlər hey
kədərlənir,
Qəlbim sevinməyir, üzüm
gülməyir.
Fikrim dağınıqdır, könlüm
pərişan
Qəlbə sevinc verən, ömrə
yaraşan
Ürək həmdəmimi tapa
bilmirəm.
Gözümdə oynaşan, qəlblə
çarpışan,
Şirin duyğulardan uzaq
olmuşam.
Ruha sevinc verən gözəl
yarımı,
Mənə həmdəm olan o
dildarımı
Bu gün nədəndisə tapa bilmirəm.
Gəlin incitməyin bu qədər
məni,
Yarın həsrətilə vuran
qəlbimi.
Mənim əzizlərim, inanın ki,
mən
Verdiyim vədədən dönən
deyiləm,
Ondan başqasını sevən
deyiləm!..
1959
|
Категория: Məhəbbət sorağında | Добавил: Rehim (2013-09-03)
|
Просмотров: 322
| Рейтинг: 0.0/0 |
|
Наш опрос | |
Статистика |
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0 |
|