Пятница, 2025-06-27, 11:15 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Məhəbbət sorağında

Dəli külək

Dəli külək, ulu günəş, nurlu ay,

Xəbər verin üzü güləş incə yar.

Hər gəlişi, bir gülüşü min bahar

Xəyalımla yüyürüb, duyğulara bürünüb

Bu günümün arzusuna qovuşsun,

Ayrılığın ağrıları sovuşsun.

 

Dalğaların zərrəsində oynayan,

Eşq odunun alovundan doymayan.

Gözlərimi baxmağa da qoymayan,

Gül bağını bağbanına versənə,

Yanan bağrım istəyinə qovuşsun,

Ayrılığın ağrıları sovuşsun!

 

Ildırımın alovunda ağlayan,

Qəzəbindən tufan olub çağlayan,

Kəmənd atıb məni sənə bağlayan

Siyah teli sinəm üstə səpsənə,

Dolan bulud, bax, beləcə boşalsın,

Ayrılığın ağrıları sovuşsun!

 

Əllərimi saçlarına edib daraq,

Gül-çiçəyə sarmaşıqtək sarılaraq,

Bu dünyanın əzabını unudaraq,

Qara şanı giləsindən mey içərəm,

Sərxoş könlüm bu dumanda ovunsun,

Ayrılığın ağrıları sovuşsun!           

Категория: Məhəbbət sorağında | Добавил: Rehim (2013-09-03)
Просмотров: 322 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz