İlin payız anları, qönçələr
ürkək açılır, Açılmağı solmağı, çiçək
olmaqdan qaçır. Kədərin xəzan yarpağı,
xatirələr xoşbəxtlik, Qəlbimdə çırpıntılar
sonluğu doğru uçur. Gəncliyimi sal yada
yandırardım –yaxardım, Qəhqəhələr içində şimşək
olub çaxardım. Yanımızda körpələr, dünya
bizim olardı, Yerlər azlıq edərdi,
səmalara qalxardım. "Bizsiz bir günüz olmasın”
guya sağlıq deyərdik, Mənasına varmadan
sataşardıq gülərdik. Ömrün çılğın çağları, bax,
beləcə ötürdü, Həyatımız yamyaşıl əbədilik
bilərdik. Görürəm sual dolu, min
mənalı baxışlar, Başa düşdüm hər şeyi, bəlkə
məni bağışlar. Yaşımın bu çağında qocalıq
sevinc deyil, Günahımı qoy yusun
gözümdəki yağışlar. Sətirləri pozulmuş
vərəqlərə dəyməyək, Meyvələrin əydiyi budaqları
əyməyək, Nə dalğalı dənizlər, nə də
ötən gözəllər Aramıza girməsin,
zirvələrdən enməyək! Təbiət çox dəyişkən, ildə
neçə fəsillər, İllərinsə sonu yox,
təzələnir nəsillər. Həyat təkrar olunmaz,
geriyə yolu bağlı, Ömür qurumuş budaq, onu da
ki kəsirlər. Bunlar acı həqiqət, onları
duyan gərək, İlhamım çoşub yenə,
qəlbimdə dəli külək. Arzum: – Sağlam qocalıq,
nəvələrdən nəticə, Ömrə olsun nəticə, qəlbdən,
könüldə gülək! 24 noyabr, 2001
|