Суббота, 2025-06-28, 4:10 AMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Məhəbbət sorağında

Ay üzə gülən


Belə başlayıram şerimi bu gün,

Eşqin mənasını sevənlər bilər.

Kim ki, vicdanına vurmuş min düyün,

Sevib-sevənlərə hər zaman gülər.

 

Odur ki, demişlər minini sevən

Heç zaman birini sevə də bilməz.

Gündə neçəsinə eşqin söyləyən,

Həyatda heç zaman gülə də bilməz.

 

Ürəkdə bir gözəl yerləşsin gərək,

Hər kəsdə bir ürək olduğu kimi.

Mininə ağuşun açanlar gərək,

Bilsin tez dağılar buludlar kimi.

 

Sanki sevməmisən, ay mənə gülən,

Ömründə heç kəsi bir insan kimi.

Sən ki avarasan, ay üzə gülən,

Hər gül üstə qonan kəpənək kimi.

       

                                       1957

Категория: Məhəbbət sorağında | Добавил: Rehim (2013-09-03)
Просмотров: 335 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 2
    Гостей: 2
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz