Bülbül sevinməsin xoş nəğməsilə,
Xəzər öyünməsin gur
nərəsiylə.
Bir nəğmə qoşaram eşq
həvəsiylə,
Nizami, Səmədin sənət
səsilə.
Bülbül nalə çəkib bir an
inləyər,
Xəzərsə inləyib səssiz
dinləyər.
Bülbülün nəğməsi, Xəzərin
səsi,
Onları susdurar aşiq
nəğməsi.
Mən də bir aşiqəm, öz
diləyim var,
O, şəhla gözlüyə ürək sözüm
var.
Arzudur insana qol-qanad
verən,
Sevgidir ömrümə hakim
kəsilən.
Həyatsa sevgimlə, arzumdur
ancaq,
Bunlarla həyatım çiçək
açacaq!
1956
|