Суббота, 2025-06-28, 4:12 AMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Hikmət çələngi

Böhtançıya

Min hiylə gizlənmiş xəbis üzündə,

Acılı-şirinli hər bir sözündə.

Görmək istəmirsən tiri gözündə,

Özgənin gözündə tük axtarırsan.

 

Bütün ömrü boyu neçə tor qurub,

İnsanlıq adına ləkələr vurub.

Tyer tək, Yaqo tək qarşımda durub,

Müqəddəs hisslərə əl uzadırsan.

 

Utan əməlindən, əl çək peşəndən,

Cəmiyyət iyrənmiş torpaq eşəndən.

Bəyənib içməzsən billür çeşmədən,

Qotur keçi kimi uzaq qaçarsan.

 

Hissiz, duyğusuz, quru ağacsan,

Dünyanı udsan da yenə də acsan.

Xilqətin alçaqlıq, bir çanaq qansan,

Əqrəb quyruğusan, sancmağa cansan.

 

Mefistofel kimi qəlblərə çökən,

                             Biclikdə şeytana al papış tikən.

Çaqqal tək hədəfin gödənin sökən,

İblisi andıran haramzadasan.

 

Başqa adlarını deməsəm də mən,

İnsanlar xəbərdar bəd əməlindən.

Bir gün asılarsan haça dilindən,

Adili zalıma ucuz satansan.

 

Şərəfsiz İuda, düzlük bilməyən,

Ürəkdən heç zaman üzü gülməyən.

Müqəddəs hissləri, gözü görməyən

Göydə günəşə də böhtan atansan.

 

Mən bir filəm, xoşladığı sözüdür

Filə bənzər ancaq sulu gözüdür

Bir konfetə diz çökən də özüdür,

"Əzəmətli” təzək-gərmə qalaqsan.

 

Dünya səadəti xoş əməldədir,

Məhəbbət, sədaqət o da məndədir.

Anlamaz bunları sənin tək veyil,

Nadansan, adların qurtaran deyil.

 

                                                 1971.

Категория: Hikmət çələngi | Добавил: Rehim (2013-11-23)
Просмотров: 250 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 3
    Гостей: 3
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz