Ürək qədəh deyildir parçalana min yerə
Əldə oyuncaq ola, hər yetənsə tost deyə
İnsanın həyat yükü onun özündən böyük
Dərdimin döyüntüsü sığışmaz yerə - göyə
Dünyaya sığmayanı bir köksün qəfəsində
Gizlədidsən eşqindən həyacanı səsində
İlahinin hikməti! Böyüklüyü incəlik
Çırpınır bir quş kimi ovçunun cələsində