Qəribə sirri var bu
təbiətin,
Hər kəsə verməyir ulu hikmətin,
Yarpaqlı, budaqlı köklər
qürurlu,
Elə bil insandır canlı,
şüurlu.
Yarpaqlar kök üstə nazlı
bir gözəl,
Ona məhəbbəti əbədi, əzəl.
Yarpağın həyatı kökdədir
ancaq,
Bilir ki, qopan tək olacaq
xəzəl.
Ayrılıq sonudur, qalmağı
əsir,
Varlığı harasa daim
tələsir.
Sevgisi cavabsız, canında
qorxu,
Onunçun saralır, titrəyir,
əsir.
Kökün məhəbbəti olduqca
qısa,
Sanki ləpələrin aldığı
busə.
Tökülən yarpağa yox
ehtiyacı,
Kökün nə vecinə, yarpaqlar
küsə.
Yaz gələr, açılar torpağın
donu,
Təzədən geyinər yamyaşıl
donu.
Yarpaqlar kök üçün adi bir
bəzək,
Solmağı deyildir həyatın
sonu.
Fevral, 2002
|