Xeyir-şərin çaları , dünyamızda təzadlar Sevinc-kədər birliyi , içimdəki əzablar Vəhdətə bax İlani ! Mübarizə , ziddiyət Bunlar əbədi qanun kainatı tarazlar
Memarı külək-yağış ,yaranır daşdan qaya İnsanlar qayalarda qurur möhtəşəm qala İnsan , zaman , təbiət , dağıdanı da onlar Yenə təzad dünyası , izi yadigar qala
Gecə - gündüz sevgisi , ölüm – həyat dostluğu Yerdəyişmə qanunu , bəşərin sonsuzluğu Bizsə onun zərrəsi , dəryanın ortasında Dodaqları köz olan , insanın susuzluğu
Cəhənnəmin sorağı , vulkanın oyanması Əzrailin bir anda milyon canı alması Məhəbbətin nifrətə çevrilməsi anıdır İldırımın çaxması , yaşıl budaq yanması
Günəşdə zülmət görən gözlü korlar dünyası Heçdən varlıq yaradan dahilərin dühası Bu təzadlar aləmi , baş çıxarmaq çox çətin Fərqlənir bir –birindən, acın – toxun röyası 2002
|