Суббота, 2025-06-28, 12:34 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Hikmət çələngi

Sarı sim
Hər  təzə  gün  ömürdən  gedən  bir  gün.
Düzülür  təsbehtək  vurulur  dügün.
Düzümün  səhviliyi  aşkar  olanda,
Sonrakı  ağılla  deyirlər  sökün.
 
Sökməyə  nə  varki  yerini  alsa,
Lənətlə  başlanan  damğa  olmasa.
"Düzənə  min  rəhmət" - demiş  atalar,
Əvvəlki  təravət  əgər  qalarsa.
 
Müdriklər  demişdir: "Dünya  tamaşa!"
Verilən  ömürdə  özünü  yaşa.
Zirvənə  çatarkən  canında  qorxu,
Sonunu  gözlərkən  düşmə  təlaşa.
 
Duyğular  donarsa  dolaşar  yumaq,
Aqillər  açmasa  ona  göz  yumaq.
Ağ kətan  üstünə  salma  bir  ləkə,
Onun izi  qalar  kar  etməz  yumaq.
 
Yaranır üzündə  dərdli  qırışlar,
Qəlbinin güzgüsü  qəmli  baxışlar.
Zamanın tapdağı, düşən  işıqlar
Pozulur  xalıda  zərif  naxışlar.
 
Beyrək yadigarı dartılmayan yay,
Göyün göz yaşları çoşub-daşan çay.
Van Qoqun sevgisinə ərmağanı.
Candan verilən, qaytarılan pay.
 
Özündən gizlənən uğursuz insan,
Zamandan ayrılan keçmişə heyran.
Xəyala çevrilən keçməyən niyyət
Yeri bilinməyən dağılan ayran.
 
Baxtını çıraqla gündüz axtaran,
Cələdə quştək çırpınıb qalan,
Arzular qayğıya çevrilən anda
Başını itirib içindən yanan.
 
Salam! Cənabi Əzrail! Song görüş
Ağlın itirmiş insan... acı gülüş,
Ruhu uçmuş bənizdə günəş rəngi
Olumdan ölümə əbədi dönüş.
 
Sarı simlə olan söhbətdi bunlar.
Bəşər övladının keçdiyi anlar,
Sevinclə kədərin görüş yeridir
Məni məndə görən, ariflər anlar.
Категория: Hikmət çələngi | Добавил: Rehim (2013-11-23)
Просмотров: 528 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz