Günəş, mehriban günəş
İsidir müxtəlif, bu kainatı
Dənizi, torpağı, uzağı,
yaxını
Hərəkətə gəlir hava
axını...
Yaradır dənizdə, suyun
üzündə
damladan dalğanı.
Dalğanın həyatı dənizdir
ancaq
Onlar da məhv olur, sahilə
çatcaq.
İnsan dənizində, bu yer
üzündə
Mən də, bir damla ikən
Günəş işığını səpə-səpə
Böyüyüb oldum ləpə,
Nadinc ləpə,
qayğısız körpə
Günəş şüasında oynayırdım
qəmsizliyimlə
Bir də, rəqqasə qağayıların
şən nəğməsilə
Uğursuz bir gündə,
Ömürdən əsdi, yolumu kəsdi
Duyğusuz, ruhsuz bir
qasırğa
O da, ruhumu oynada-oynada,
oğrun-oğrun
Axırda atdı sahilə doğru.
Sahilə gedirəm,
sahilə,
sahilə,
sahilə.
Dalğanın həyatı dənizdir
ancaq,
Onlar da məhv olur sahilə
çatcaq.
Mart, 1970
|