Суббота, 2025-06-28, 4:13 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Hikmət çələngi

Verdiyini alırsan
Baxıram  insanlara  qocalarım  gülməyir
Üzləri  donmuş  heykəl, dindirməsən  dinməyir
Kim  bilir  ürəyində  neçə  silinməz  yara
Gözləri  qəm  içində, yaş  süzülür  silməyir

Qırışlarda  min  kədər . bükülmüşdür  belləri
Sözləri  baxışında , kildlənib  dilləri
Pikassonun  duşünən , ağlayan  tablosutək
Qəzəbi  yumruğunda  açılmayır  əlləri

İtirib  gələcəyin  ancaq  keçmişə  bağlı
Unudulmaq  qorxusu , qəlbi  çar – çarpaz  dağlı
Zamanın  sınağında , qaranlıq  dünyasında
Simurq   quşun  axtarır . Məlikməmməd  nağılı

Talehə  bax  İlahi!  Verdiyini  alırsan
Çağlayan  şəlaləni  qayalara  çalırsan
Yerə - göyə  sığmayan  cavanlığı  bir  anda
Sakit  gölə  çevirib  keçmişini  danırsan
                                   
                                                          2003


Категория: Hikmət çələngi | Добавил: Rehim (2013-11-23)
Просмотров: 306 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz