Şeirlər
Ölüm-həyat dostluğu
Ölüm adlı son günümün sirdaşını mən görmüşəm. Həyat adlı şən günümün qardaşilə gün sürmüşəm, İkisinin arasında
oturmağın, Birin qucub, o birindən çox qorxmağın Mənası yox mən bilmişəm. Elə olub, ağrılarım iradəmə qalib gəlib. Mən ölümə meyl etmişəm. Donub bəzən duyğularım, bu sədləri birləşdirən, Gözlərimdə iki salxım buz olmuşam. Mənasına heç varmayan bir quş kimi Bu budaqdan o budağa çox
qonmuşam. Ağrıların havasında
çırpınaraq, Ölüm-həyat dostluğuna
alışmışam. Dalğaların davasından yol
açaraq, İnsan kimi yaşamışam. Əvəzində mən qorxunu – həyatımın düşmənini
itirmişəm, Bu dünyaya yeni Bəşir
gətirmişəm. Ey insanlar, Bu dostluqdan heç
qorxmayın, Bu dünyaya hərislikdən əl çəkərək bir toxtayın, Özünüzdən gələcəyə yaxşı
əməl... İnsanlığı bir saxlayın!
Minsk, 1984
|
Категория: Hikmət çələngi | Добавил: Rehim (2013-11-23)
|
Просмотров: 328
| Рейтинг: 5.0/1 |
|
Наш опрос | |
Статистика |
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0 |
|