Əsəblərim daralmış,
Yuxum gözümdən qaçmış.
Səbəb, cavabsız məktub,
Bir də mənalı sükut.
Sükut, naməlum qoruq,
Ya da sıxılmış yumruq.
Ağrısını duyaydım,
Cavabını
alaydım,
Atəşindəm yanaydım.
Bunlar bir anlıq ağrım,
Nə olsa dözər bağrım,
Şıltaq olaydı sükut,
Kökəm gedəydi lap küt.
Sevincin də görərdim
Qaqqanağın yeyərdim.
Burda gözəl duyğular,
Həm sevinc, həm kədər var.
Sükut, minbir mənalı,
Var dərdi, həm cəlalı.
Razılıq, inkar demək,
Bunları duymaq gərək.
Sükut, ölüm ayaqlı,
Həm də həyat dayaqlı.
Sükut, ağır bir xəbər
Bəzən ölümdən betər.
Sonunu da bilməsək
Daş olub, dözmək gərək.
Üzbəüz sükut yenə,
Ağır olsa da belə.
Gec-tez tapırsan cavab,
Ürəyində varsa tab.
Lakin uzaq diyarda
Ətraf şaxtalı qarda.
Məktublarım cavabsız,
Yorğan-döşəkdə halsız.
Ağrıyır ürək, böyrək,
Gəl bunlara döz görək.
Minsk, 1984
|