Göylər hədiyyəsi uca məhəbbət
Günəş şüasında qəlblərə girmiş.
İnsanlıq taparaq bunda səadət
Həyat mənbəyini günəşdə görmüş.
Deyirlər bir zaman günəş sönəcək,
Ürəkdə yaşayan eşqə dönəcək.
Hər insan günəşli zərrə olacaq,
Günəş işığını ondan alacaq.
2000.