Əlində olsa qönçə, yəqin ki, bilməyəcək, Ətrini , həm rəngini əgər olarsa naşı. Ətrafına biganə, deməsən görməyəcək, Xalqının üzərində yanlış gedən naxışı.
İkisindən birinin duyğuları donarsa, Alışıb yanmayacaq sevənlərin baxışı. Çaxmaq daşı biləcək , onu tapan nadansa Cəsur Karl şilemində "Sansi” kimi daş- qaşı.
1*.Cəsur Karl(1433 – 1477) Burqundiya hersoqu Hindistandan gətirdiyi 101 karatlıq almasdan Amsterdamda 55 karatlıq briliyant düzəltdirərək şilminə qoydurur. Döyüşlərin birində düşən daş – qaşı tapan əsgər onu çaxmaq daşı hesab edir...
|