Суббота, 2025-06-28, 8:47 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Hikmət çələngi

İllərin arxasından

Yarım əsr, ömürdən gedən beş onluq toplusu,

Sarmış ruhumu gəncliyi itirmək qorxusu.

Düşüncə qanadında seyr etdikcə keçmişi,

Uçur gözlərimdən gecənin şirin yuxusu.

 

Səslənir qulağımda anamın həzin laylası,

Deyərdi sənsən gözümün nuru, ağı-qarası.

Üzümü sürtərdim nur yağan üzünə, gözünə,

Sanardım özümü, anamın ən əziz balası.

 

Atam atlanıb minəndə yerə sığmaz kəhəri,

Sinəm dağa dönərdi, mən alardım fərəhi.

Qartal olub uçardım göyün yeddi qatında,

Bax, beləcə açardım nağıllaşan səhəri.

 

Səs yayıldı ellərə, faşizm məğlub oldu,

Atam gəldi döyüşdən, qəlbim sevinclə doldu.

Ləğv etdilər talonu, daha yoxdur qayğımız,

Bolluğun etalonu çörək təknədə boldu.

 

Məhəllədən məktəbə yollandıq dəstə-dəstə,

Dilimizdə şərqilər oxuduq bir nəfəsdə.

Onillik orta məktəb, beşillik ali təhsil,

Günlərimi toplayıb, gətirdim illər üstə!

 

Tələbəlik gəncliyim elm, səadət yolumdur,

Ömür adlı ağacın pöhrələnən qoludur.

Xoşbəxtliyimdi mənim, bu illərin hər biri,

Dəli-dolu günlərim məhəbbətlə doludur.

 

Şərəfli bir sənətə, müəllimliyə başladım,

Gəncliyə həqiqəti, insanlığı aşladım.

Həyatımın amalı, mərdlik, yaxşılıq oldu,

Düz sözün əvəzində bişərəfdən daş aldım.

 

Şahlığım –subaylığım əlimdən ki, alındı,

Ailə-uşaq qayğısı kürəyimə qalandı.

Dedilər ki, yığışıb Bəşirin əl-ayağı,

Sizə qəti deyirəm inanmayın, yalandı.

 

Yarım əsr söhbəti, bədxahların sözüdür,

Diqqət edin gözümə, qaynar cavan gözüdür.

Məhəbbətdən söz düşən aşiqlər məclisində,

Başda oturan bilin, şair Bəşir özüdür!

 

                                        6 oktyabr, 1986

Категория: Hikmət çələngi | Добавил: Rehim (2013-11-23)
Просмотров: 477 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz