İlahi! Sən görürsənki yaxşıyam
Demirəmki hamıdan mən yaxşıyam
Çiynimdəki mələklərin yazdığı
Axirətdə baş daşının naxşıyam
Günahımla çoxundan çox yaxşıyam
Gəncliyimdə qönçələrə baxmışam
Sel – sulara qoşularaq axmışam
Bir baxışdan şimşək kimi çaxmışam
Gözəllərin göz yaşının naxşıyam
Günahımla çoxundan çox yaxşıyam
İyləyərək tər çiçək də atmışam
İstəyimə istəmədən çatmışam
Günəş olub dumanlarda batmışam
Gözəllərin gənc yaşının naxşıyam
Günahımla çoxundan çox yaxşıyam
Elə olub həqiqəti danmışam
Yalan sözü günahsızlıq sanmışam
Eşq odunun alovunda yanmışam
Gözəllərin daş – qaşının naxşıyam
Günahımla çoxundan çox yaxşıyam
Ömür yolun yaddaşıma salmışam
Tənhalıqda min xəyala dalmışam
Öz içimdə keçmişimlə qalmışam
Gözəllərin sirr daşının naxşıyam
Günahımla çoxundan çox yaxşıyam
2003