Суббота, 2025-06-28, 10:43 AMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Hikmət çələngi

Düşüncülər

Moskva, “Rossiya” mehmanxanası,

Qarşımda elmin möcüzəli aynası.

Dünya məndə, oturmuşam otağımda,

Külək canavartək ulayır qulağımda.

Pəncərəmdə, şaxtadan ulduzlar asılır,

O yanda Kremlin al ulduzları yanır.

Düyməni basdıqca, dünya dəyişir,

Gözümdə al-əlvan, rənglər sayrışır.

Oynayır-oxuyur qaraçı qızlar,

Rəqsləri çılğın, ürəyim sızlar...

Qara tellərdən, muncuqlar sallanıb,

Gözlərdə atəş, yanaqlar allanıb.

Ağ tüldən qara xallar görünür,

Yanan gözüm dumana bürünür.

Hissləri coşdurur bu gecə çağı,

Oynadır qəlbimi, üzülür bağı...

Ekran... Buxarının zövcəsi danışır,

Nakam eşqindən od tutub alışır.

Ağıllı adamla on il yaşamaq naxışı

Tam bir həyat yaşamaqdan yaxşı!

Düşünən insanın, böyük həyatı,

Yenə də vuruldu Kremlin saatı

Qəribə, təzadlı, dünyamız vardır

Otaq isti, bayırda çovğun-qardır.

Mühit kiməsə fəza qədər geniş,

Çoxuna dar, ömrü boyu eniş

Bundan baş çıxartmaq, olduqca çətin

Gərək biləsən yaşamaq sənətin.

 

                           13 yanvar, 1987

Категория: Hikmət çələngi | Добавил: Rehim (2013-11-23)
Просмотров: 298 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz