Суббота, 2025-06-28, 0:08 AMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Hikmət çələngi

Düşüncələr
İnsanlar  dünyanı  dərk  etsə  əgər
Bəşərin  dərdini  içindən  çəkər
Müqəddəs  hisslərə  hakim  kəsilib
Bir  körpə  güldürüb , bir  çiçək  əgər

İlahi  gözəllik  insan  qanında
Talehin  qisməti  möhrü  alnında
Qaçılmaz  həyatda  varlığa  çatdıq
Ata  qürurunda  ana  qanında

Həyata  sevgidir  yaşadan  bizi
Duyğular  şahıdır  insanın  gözü
Günəşin  nurundan  pay  aldığından
Alışar  baxışdan  məhəbbət  közü

Ananın  qəlbində  körpə  qəfəsdə
Onunla  birlikdə  alır  nəfəs  də
Ruhun  təmizliyi  layla  sədası
Başlayır  ananın  ürək  səsində

Nə  gözəl  duyğular  bürüdü  məni
Uçurub  başımdan  dumanı , çəni
Keçmişi  qaytardı  bir  daha  geri
Yoncalı , laləli  göy  çəmənliri



Bədavan  uçurub  top  qaçırardım
Onlara  qoşulub  mən  də  uçardım
Çantamda  qaytarıb  yaxmaç  payımı
Özüm  də  bilməzdim  nə  vaxt  acardım

Nə  kədər  bilərdim , nə  qəm  çəkərdim
Yaxşı  oxusam  da  biraz  dəçəldim
Ata  təbəssümü  böyük  mükafat
Acı  gülüşdənsə  tez  inciyərdim

Gəncliyimlə  tələbəlik  qovuşdu
Sevən  qəlbdən  neçə  tufan  sovuşdu
Eşq  odunun  alovunda  oynayan
O  günlərin  xatirəsi  nə  xoşdu

Müəllimlik  peşəmdir  orda  sınandım
Özümü  zirvədə  qartal  sanardımi
Qürurum  bənzəyər  polad  qılınca 
Əyilmək  bilməzdi  inan  sınardım

Yaratdım  bir  qala  oğullu , qızlı
Bir  ömür  yaşadım  çiçəkli , yazlı
Nəvələr  dünyası  bürüdü  məni
Hər  bri  həyatım  şirin  nağıllı

Nə  bilim  dünyanın  üzü  dönəcək
Alışan  ocaqlar  vaxtsız  sönəcək
Ən  gözəl  çiçəyi  qıran  fələksə
Bizimlə  oynayıb  özü  güləcək

Atamın  yaşına  indi  çatmışam
Anamın  yaşına  qucaq  açmışam
İlləri – ayları  salaraq  yola
Əcəl  şərbətindən  uzaq  qaçmışam

İlləri  saymaqdan  keçdim  günlərə
Hər  günüm  ömürdən  bir  qönçə  dərə
Güllərin  toplusu  çələng  olanda
Titrəyən  əllərsə  sinəmə  sərə

Yaddaşa  aynadır  bu  düşüncələr
Meyvə  yetişəndə  saplaq  incələr
İşıqlı , dumanlı  xatirələrim
Qəlbim  gah  sevinər , gah  da  inciyər

                                                  2005








 







Категория: Hikmət çələngi | Добавил: Rehim (2013-11-23)
Просмотров: 684 | Рейтинг: 5.0/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz